FTX əməkdaşları Moskva, Yekaterinburq və Omskda “Crocus City Hall”da baş verən terror aktının şəriki olduğu ehtimal edilən üç nəfəri saxlayıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi (İƏM) məlumat yayıb.

“Moskva, Yekaterinburq, Omsk şəhərlərində 2024-cü il martın 22-də “Crocus City Hall” kompleksində törədilən terror aktında iştirak edən Mərkəzi Asiya regionundan olan immiqrantlar olan Rusiya vətəndaşı və iki əcnəbi vətəndaş saxlanılıb”, - FTX məlumat yayıb.

“Əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən ikisi terror aktında istifadə olunan odlu silah və nəqliyyat vasitələri almaq üçün pul köçürüblər, üçüncüsü isə terror aktının iştirakçılarının cəlb edilməsində və onu törədənlərin maliyyələşdirilməsində bilavasitə iştirak edib”, - İƏM qeyd edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN