Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 5-də Brüsseldə Avropa İttifaqı və ABŞ nümayəndələri ilə məsləhətləşmələri “əla” adlandırıb.
“Biz ABŞ və Aİ-dən olan həmkarlarımızla Ermənistanın iqtisadi, humanitar və demokratik dayanıqlığını gücləndirmək üçün əməkdaşlığın genişləndirilməsi ilə bağlı əla məsləhətləşmələr apardıq”, - o, yazıb.
Görüş zamanı tərəflər ABŞ-ın Ermənistana 65 milyon dollardan çox vəsait ayırması barədə razılığa gəliblər. Blinkenin sözlərinə görə, bu vəsaitlər ilk növbədə dövlət idarəçiliyi və respublikanın iqtisadiyyatı sahələrinə yatırılacaq. Dövlət katibi əlavə edib ki, Vaşinqton həm də İrəvana öz demokratik və iqtisadi sabitliyini gücləndirməkdə kömək etmək istəyir. Onun sözlərinə görə, ABŞ Cənubi Qafqazın gələcəyi ilə bağlı Ermənistanın mövqeyi ilə razıdır.
E.ŞİRİNOV