...Bu gün onların ən xoşbəxt günüdür! Çünki bu gün 31 illik Füzuli həsrətinə son qoyulur və onlar indi doğma yurdun əbədi sakinləri kimi yaşayacaqlar...

Dövlət Qaçqınkom- dan "Təzadlar"a verilən məlumatda da deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.sitat: "Belə ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 22-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 172 nəfər köçürülür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər..."
Qeyd edək ki, indiyədək Füzuli şəhərinə 705 ailənin, yəni 2 689 nəfərin daimi məskunlaşması təmin edilib. 

 Bəli, bu gün onlar üçün də uzun illərin yurd ayrılığına və həsrətinə son qoyulan gündür. Yurda qayıdışımız mübarək!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN