Vaşinqton Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketi ayırmağı planlaşdırır.

Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Məqalədə deyilir: “Birləşmiş Ştatlar Ukraynaya 1 milyard dollarlıq hərbi yardım paketi hazırlayır və bu, Ukrayna-İsrail qanun layihəsi hesabına maliyyələşdiriləcək”.

Xatırladaq ki, bir gün əvvəl ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı Vaşinqtonun Kiyevə yeni hərbi yardım paketi ayırmaq planlarını təsdiqləyib.

Və bu gün “Politico” bildirib ki, Birləşmiş Ştatlar yeni paketdən yardımın bir hissəsini mayın 9-dək Ukraynaya çatdırmağa ümid edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN