Sevdamızın yaşadıqlarını kəlmələrə sığdırmaq istəyirəm. Kəlmələr parçalanır… Onun kimi gözəl insan belə yaşamamamıydı. Allar keçsin günahımdan.
Allah yazan taleni yaşamaq qəşəmət adlı bir ömürdür. Amma bu ömürdə sevinib, gülüb, şənləndiyimiz günlər də əskik olmayıb.
Amma kədərin bizi boğduğu anlarda onlar heç biri yada düşmür. Ömürlük bədbəxt olacağımızı düşünürük.
Amma həyatda hər şey müvəqqətidir. Ancaq unudulası heç nə yoxdur. Dərdlər sevinci bir müddət kölgədə qoyur, sonra xoşbəxtliyə məğlub olur, əgər qismətdə bu varsa.
Ölüm müvəqqəti kölgə salan Allahın kəlamlarıdır, bir də möhkəm iradə, səbr…, aylar, illər…
Təəssüf ki, hər kəsə eyni iradə, səbr nəsib olmur. Yaxınların təsəllisinə çox ehtiyac var. Təkbaşına öhdəsindən gələsi dərd deyil bu.
Sevdanın həyat yoldaşı Nicati bəy yüzlərlə insanın qəlbində bir mələk kimi yaşayacaq. Çünki onun gözəl əməllərinin sayı-hesabı yoxdur. Yaxşılığını görməyən bir insan da yoxdur. Böyütdüyü övladlarına canını fəda etmiş Necati bəy yenə də halal zəhməti ilə ailəsini dolandırırdı.
2 il idi azərbaycanlı xanım Sevda ilə ailə qurmuşdu. Heç vaxt mübahisələri belə olmamışdı. Mələk tipli, mehriban, işgüzar, yüzlərlə qəlbin hakimi olan bu insanın əbədi gedişi həyat yoldaşı Sevdanın qəlbini və dizlərini yerə çökdürdü. Bu ağır yükün altından qalxmaq çox çəkəcək.
Mələk simalı, göylər ruhlu insanın ona yaşatdıqları illər uzunu unutulmayacaq.
Biri o dünyada, biri bu dünyada olacaq ruhlar daim yanaşı olacaq. Səmavi qüvvələr onların rahatlığına bir yol tapacaq.
Əsrarəngiz dünyanın hər qurumu onların sevinc dünyasını əskik etməyəcək, biz buna inanırıq.
SƏNUBƏR