Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayətində iki Ukrayna PUA-nı vurub.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“İyunun 6-da Moskva vaxtı ilə saat 10:15 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatını məhv edib”, - idarədən bildiriblər.
E.ŞİRİNOV