“Əl-Mayadeen” telekanalı xəbər verir ki, İsrail hərbçilərinin Qəzza zolağında bələdiyyə binasını vurması nəticəsində Nuseyrat şəhərinin meri İyad Əhməd Əl-Mağari həlak olub.

"İşğalçı qüvvələrin bələdiyyə binasını dağıtması nəticəsində Nuseyrat şəhərinin meri, oğlu və daha üç nəfər həlak olub", - telekanal yerli administrasiyadan sitat gətirib.

Tezadlar.az yerli mediaya istinadən xəbər verir ki, hadisəyə görə İsrailin baş naziri Binyamin Netanyahu və ABŞ administrasiyasını günahlandırıb. Qəzza zolağında baş verən hava hücumu, vurğulandığı kimi, növbəti “humanitar böhranı ikiqat artırmaq üçün hazırlanmış müharibə cinayəti” kimi qiymətləndirilib.

“Əl-Mayadeen”-in məlumatına görə, həmin gün İsrail Müdafiə Qüvvələri (İMQ) Nuseyratın şimal-qərbindəki çimərlikləri atəşə tutub, nəticədə, 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bundan əvvəl bildirilmişdi ki, İsrail hərbi hava qüvvələrinin Qəzzanın mərkəzindəki qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində 30-dan çox adam həlak olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN