Rusiya xüsusi xidmət orqanları mart ayında Krasnoqorskda “Crocus City Hall”da baş vermiş terror aktında Ukrayna hərbi kəşfiyyatının əli olduğunu müəyyən edib.

Tezadlar.az xəbər verir ki, bunu Milli Antiterror Komitəsinin (MAK) sədri, FTX-nin direktoru Aleksandr Bortnikov MAK-ın iclasında deyib.

“Ukrayna və Qərb kəşfiyyat xidmətləri Rusiyada səs-küylü cinayətlər törətmək üçün cəlb edilmiş mümkün cinayətkarların dairəsini genişləndirir, onların hazırlanmasında və beynəlxalq terror təşkilatlarına təchiz edilməsində yardım göstərir. Moskva yaxınlığındakı “Crocus City Hall”-da baş vermiş terror aktında Ukrayna hərbi kəşfiyyatının iştirakını əyani misal göstərmək olar", - o deyib.

Bortnikovun çıxışının videosunun fraqmenti MAK informasiya mərkəzi tərəfindən yayılıb.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Terror aktı qurbanlarının sayı 144-ə çatıb, 551 nəfər yaralanıb. Faktla bağlı terror maddəsi ilə cinayət işi açılıb. Martın 23-də səhər saatlarında Bryansk vilayətində terror aktını törədən dörd nəfər saxlanılıb: Dalerjon Mirzoev, Saidakram Rachabalizoda, Şəmsidin Fəriduni və Məhəmmədsobir Fayzov. Daha sonra hücum edənlərin şərikləri olduğu iddia edilən şəxslər saxlanılaraq nəzarətə götürülüb. Terror aktı ilə bağlı ümumilikdə 20 nəfər ittiham olunub. Rusiya Federasiyasının İstintaq Komitəsi terror aktını həyata keçirənlərin Ukrayna millətçiləri ilə əlaqəsini sübuta yetirdiklərini bəyan edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN