Britaniyanın “Massive Attack” qrupu xarici agentlər haqqında qanuna etiraz edən müxalifətə qarşı hakimiyyətin hərəkətləri ilə razılaşmadığı üçün Gürcüstandakı çıxışını ləğv etdiyini açıqlayıb.

Performans iyulun 28-də Batumi yaxınlığındakı Şekvetilidəki "Black Sea Arena" konsert zalında planlaşdırılırdı.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Massive Attack” konserti Gürcüstan hökumətinin “fundamental insan hüquqlarına hücumu” səbəbindən ləğv edib.

Musiqiçilər bildiriblər ki, “dinc nümayişçilərə, fəallara və əleyhdarlara” qarşı “döyülməsi, həbs edilməsi, təhdid və zorakılıq tətbiq edilməsi” qrupun prinsiplərinə ziddir.

Bir müddət əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze Gürcüstanda xarici agentlər haqqında qanunun qəbul edilməsinin zəruriliyindən danışaraq, Gürcüstan rəhbərliyinin ölkənin “ukraynalaşdırılmasını”, “Maydan”ı və Rusiyaya qarşı “ikinci cəbhə” olmasını istəmədiyini açıqlamışdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN