İsveç Hərbi Hava Qüvvələri komandanlığı iddia edir ki, cümə günü günortadan sonra Rusiyanın Su-24 ön xətt bombardmançısı Qotland adasının cənub ucundan şərqdə İsveç hava məkanına daxil olub. Qarşısını almaq üçün bir Gripen qırıcısı göndərilib.

Tezadlar.az xəbər verir ki, bu barədə İsveç Müdafiə Nazirliyinin saytı məlumat yayıb.

İsveç Hərbi Hava Qüvvələri bildirib ki, Rusiya təyyarəsinə radio rabitəsi vasitəsilə sərhədi pozmamaq barədə xəbərdarlıq edilib. Lakin “buna diqqət yetirilməyib və təyyarə öz marşrutundan yayınmayıb”. Sonra JAS-39 Gripen havaya qaldırılmalı olub. Bundan sonra Su-24 İsveç səmasını tərk edib.

Hərbi Hava Qüvvələrinin komandanı Conas Vikman bildirib ki, “Rusiyanın hərəkətləri qəbuledilməzdir və ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”.

"Biz baş verənləri izlədik və müdaxilə etdik", -  o deyib.

BBC-nin buraxılışında qeyd olunur ki, "nasazlıq uzun sürmədi".

2022-ci ildə Stokholm həmçinin Rusiyanın iki Su-27 və iki Su-24-ün Qotland üzərində İsveç hava məkanını pozduğunu bəyan edib.

Rusiya hələ ki, İsveçin hava məkanının pozulması ilə bağlı iddialara münasibət bildirməyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN