Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərdə Masazır qəsəbəsi ərazisində bir qadının çantasından 80 manat pul oğurlamaqda, iki nəfərdən isə dələduzluq yolu ilə ümumilikdə 268 manat pul almaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Roman Bəndəliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Tezadlar.az-a bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinə vətəndaşa məxsus kart hesabından 905 manat pulun oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şahmar Nərimanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə,  iyunun 12-si saat saat 21 radələrində Lənkəran rayonu ərazisində S.Quliyev idarə etdiyi "Vaz 2105" markalı avtomobillə yol kənarında dayanmış "Vaz 21015" markalı avtomobilə vurduqdan sonra idarəetməni itirib və 3 nəfər piyadanı vurub. Nəticədə 3 yaşlı Duyğu Məmmədli dünyasını dəyişib, M.Ağaliyeva və U.Məmmədli xəsarət alıblar.

Araşdırma aparılır.

***

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

İyunun 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 6 tüfəng, 1 patron darağı və 116 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə 3 tüfəng aşkar edilərək götürülüb.

***

Polis əməkdaşlarının iyunun 12-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

***

Ayrı-ayrı vaxtlarda Bakı şəhər sakini olan bir nəfərin 3500 manat pulunun dələduzluq yolu ilə alınması, bir nəfərin isə aldadılaraq adına onlayn üsulla 6000 manat kredit götürülməsi barədə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərdə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən Sabir Hüseynov, Fazil Qəşəmov və Elnur Qaragözov müəyyən olunaraq saxlanılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

***

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərdə rayon ərazisində yerləşən ticarət mərkəzində bir nəfərə məxsus 500 manat dəyərində inşaat materiallarını oğurlamaqda şübhəli bilinən A.Əhmədov saxlanılıb.

Araşdırma aparılır.

***

İyunun 10-da Zabrat qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərdə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Emil Səfərəliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

***

İyunun 12-də Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində evlərin birindən 2 ədəd qızıl üzüyün oğurlanması barədə polisə məlumat daxil olub.

 Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərdə oğurluq əməlini törətməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

***

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərdə rayon ərazisində ictimai nəqliyyatda bir qadının çantasından mobil telefonunu oğurlamaqda şübhəli bilinən S.Səlimov, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində yerləşən restoranda bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş X.Bədəlov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

***

İyunun 12-də saat 08 radələrində İmişli rayonunda 2-ci Qarabağ müharibəsi iştirakçısı, 1992-ci il təvəllüdlü  Həsənov Allahşükür Vaqif oğlu 99-MP-301 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobili etibarnamə olmadan və nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edərək idarə etdiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb.

Rayon ərazisində avtomobillə təhlükəli manevrlər edən sürücü özünü müharibə iştirakçısı kimi təqdim etməklə, avtomobili istədiyi kimi idarə edəcəyini əsas gətirərək qanunsuz hərəkətlərini davam etdirib.

İdarəetmə hüququ olmadan idarə edilən avtomobil mühafizə olunan duracağa yerləşdirilib. Sürücü barəsində toplanan materiallar baxılması üçün aidiyyəti üzr…

***

Ölkə ərazisində əsasən təqaüd kartlarından pul vəsaitlərinin naməlum şəraitdə oğurlandığı barədə polis orqanlarına vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olub. Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Nuranə Məmmədova saxlanılıb. Həmin şəxs taladığı kartlar barədə məxfi məlumatları eyni əmələ görə artıq həbs olunan tanışı Asif Səmədovdan əldə etdiyini bildirib. Daha sonra o, zərərçəkənlərin kart məlumatlarını müxtəlif mobil tətbiqlərə əlavə edərək qeydiyyatdan keçməklə hesablardakı pul vəsaitlərini nağdlaşdırıb.

Qeyd edək ki, N.Məmmədova bu yolla 100-dən artıq vətəndaşın hesabında olan mü…

***

Paytaxt ərazisində yerləşən evlərdən birindən içərisində 340 min manat olan seyf oğurlanıb. Hadisə barədə zərərçəkən şəxs polisə məlumat verən kimi dərhal araşdırmalara başlanılıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri tədbirlərdə əməli törədən qabaqcadan əlbir olan dəstənin üzvləri - 1986-cı il təvəllüdlü Şəbnəm Hüseynova, bacısı 1996-cı il təvəllüdlü Zemfira Sultanova, onların əmisi oğlu 1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qurban Sultanov və tanışları 1996-cı il təvəllüdlü Əli Qurbanov saxlanılıblar.

***

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında keçirilən tədbirlərdə Pərviz Eldarovu saxlayıblar.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirildiyinə görə araşdırmalar zamanı məlum olub ki, o, həmkəndilərinə məxsus qəbir daşlarını dağıdaraq yararsız hala salıb.

 Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

***

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşları aldadaraq onların maddi vəsaitini və əmlakını talayan 24 yaşlı Cavid Mustafayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, o, “Instagram”da  “investa_emine_qazanc” adlı səhifə yaradaraq müraciət edən şəxslərə kiçik yatırımlarla daha çox qazanc əldə etmək kimi şirnikləndirici heç bir iqtisadi əsasları olmayan vədlər verib.

C.Mustafayev daha sonra balansda olan məbləğin daha da artırılması və rüsumların ödənilməsi kimi qanunsuz tələblərlə zərərçəkənlərdən əlavə pullar mənimsəyib.

***

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən, əvvəllər də məhkum olunmuş Ümid Abbasov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ondan bir ədəd “Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanıb. Ü.Abbasov odlu silahı bir il əvvəl əldə etdiyini və yaşadığı evin zirzəmisində gizlətdiyini bildirib. Sonuncu dəfə o, avtomatı başqa yerdə gizlətmək məqsədilə apararkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Ü.Abbasov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

***

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir zamanı rayonun müxtəlif ərazilərində fəaliyyət göstərən 11 avtoyuma məntəqəsində tullantı və çirkab sularının ətrafa axıdılması halı müəyyən edilib. Həmin obyektlərin sahibləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Tədbir zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması halları da aşkar edilib. Bununla əlaqədar 27 şəxs barəsində protokollar tərtib olunub.

R.XUDATQIZI

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN