Yaşadıqlarımız çox zaman olduğu görümü nümayiş etdirmir.
Bəzi xarakterlər bunu gizli də saxlaya bilir.
Buna səbəb nədir?
Bəzən də əksəriyyət tərəfindən bəyənilməyən işlər, nümunələr reklam olunur.
Tapıntıların, istehsal məmulatlarının reklamında bu problem yaşanmır.
Problem içimizdə yaşananlardır.
Bu yaşantıları gördüklərimiz, eşitdiklərimiz illərin yaratdığı zövqlər. Maddi və mənəvi durum fizionomiyası, solğun və dolğun simaların fərqli maraq anlamı dəyər simptomearının aşırı təsiri və onlarla digər həyat imtahanları yaradır.
Hər kəs bunlara fərqli qiymət verir. Biz qəlblərdən keçənləri deyil, eşitdiklərimizə tuşlanırıq. Bir də həyata keçirilən əməllərə.
Qəlbdən keçənlərin durumla uyğun gəlməməsi halları hər zaman yaşam görüntüləri ilə də uzlaşmır. Səbəb fərqli xarakterlərdir və fərqli anlaşmalardır.
Həyatımızı idarə edən də bu fərqli durumlardır.
Bu səbəbdən halımız fərqli ünsürlər yaşayır.
Əslində bu bir imtahandır. Real həyat imtahanı…
Bütün yaşantıların görüntüsü yalnız Allaha məxsusdur.
Bunu unutmamalıyıq.
Heç kim bilməsin deyə, etdiklərimiz İlahi görüntüdən qaçmır. ətrafa səpələdiyimiz yaşam olaylarının da təcəssümü hər iki dünyada bəlli olur.
Nə cür yaşayaq sualının cavabını isə hər kəs fərqli qarşılaya bilər. Çünki dünya yaxşı və pis adamlardan ibarətdir. Kimin yaxşı, kimin pis olduğuna o biri dünyada qərar veriləcək.
Mənim fikrimcə, bu dünyanı rahat başa vurmaq üçün həm yaşantıların görüntüsü, həm də görüntülərin yaşantısı sınaqlarını da uğurla keçməyə çalışmalıyıq. Lazım olan müdrik əqli zəka və xoş niyyətli sağlam ürəkdir.
SƏNUBƏR