İranın ali dini lideri Ayətullah Əli Xamenei növbədənkənar prezident seçkilərində səs verib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
"İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei cümə günü səhər İranda prezident seçkilərində səsvermə başlanarkən səs verib və bütün iranlıları seçkilərdə iştirak etməyə çağırıb", - nəşr xəbər verir.
14-cü prezident seçkilərində səs verdikdən sonra şərhlərdə Ayətullah Xamenei İran xalqı üçün daha yaxşı günlər və gələcək illər üçün dua edib.
Xəbər verdiyimiz kimi, iyunun 28-də yerli vaxtla saat 08:00-da İranda növbədənkənar prezident seçkiləri başlayıb. Dövlət başçısı postuna dörd namizəd mübarizə aparır: Mühafizəkarlar blokunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf, Siyasi Məqsədləri Müəyyən edən Şuranın üzvü Səid Cəlili, keçmiş Daxili İşlər Nazirliyinin rəhbəri, keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi və İran parlamentinin keçmiş üzvü Məsud Pezeşkian.
E.ŞİRİNOV