Hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukrayna ərazisindən buraxılan kiçik şarı məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“İyunun 28-də Moskva vaxtı ilə saat 11:00 radələrində növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisində Ukrayna ərazisindən Rusiya Federasiyasının hava məkanına buraxılan kiçik şarı aşkar edərək məhv ediblər”, - deyə məlumatda bildirilir.
E.ŞİRİNOV