ABŞ Demokratik Partiyasının sponsorları Miçiqan qubernatoru Gretchen Whitmer və Kaliforniya qubernatoru Gavin Newsomu prezidentlik yarışında debatda uğursuzluğa düçar olmuş ABŞ prezidenti Co Baydenin yerinə üstünlük verilən namizədlər hesab edir.

Tezadlar.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazır.

"Böyük Demokratik Partiyanın sponsorları Gretchen Whitmer və Gavin Newsomu üstünlük verdiyi namizədlər kimi adlandırırlar", - nəşr deyir.

Adı açıqlanmayan bir Demokrat sponsor Baydenin "məhkum olduğunu" və partiyanın "bütün diqqətini bundan sonra olacaqlara yönəltməsi" lazım olduğunu söyləyib.

“Financial Times” qeyd edir ki, Demokrat sponsorlar keçən həftə rəqibi Donald Tramp ilə fəlakətli debatdan sonra Bayden və onun performansından narahat olaraq qalırlar.

Eyni zamanda, sponsorların fikrincə, Baydeni əvəz edə biləcək namizədlər arasında ABŞ-ın vitse-prezidenti Kamala Harris də var.

Əvvəllər amerikalı sənədli film prodüseri və Demokrat Partiyasının donoru Abiqail Disney ABŞ prezidenti Co Bayden prezidentlik yarışından geri çəkilənə qədər demokratlara ianə verməkdən imtina etmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN