Vaşinqtonda NATO sammitindən əvvəl Varşavaya gələcək Polşanın baş naziri Donald Tusk və Vladimir Zelenski Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasını müzakirə edəcəklər.

“Baş nazir Donald Tusk prezident Zelenski ilə Ukraynanın NATO-ya üzvlüyü barədə danışacaq. Çox güman ki, bu məsələ hələ həll olunmayacaq, lakin biz Ukraynanın alyansa daxil olması ilə bağlı yoldan dönmürük”, - Polşa xarici işlər nazirinin müavini Anjey Şeyna bildirib.

Tezadlar.az-ın məlumatına görə, Vaşinqtonda NATO sammiti iyulun 9-dan 11-dək keçiriləcək. Görüşün mövzusu “Ukrayna və transatlantik təhlükəsizlik” olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN