Macarıstanın Ukraynadakı vəziyyətin sülh yolu ilə həlli planı yoxdur, münaqişə tərəfləri bunu özləri işləməlidirlər, lakin əvvəlcə atəşkəs lazımdır.
Tezadlar.az xəbər verir ki, bunu Macarıstanın Baş Naziri Aparatının rəhbəri Qergeli Qulyas hökumətin keçirdiyi brifinqdə deyib.
"Biz həmçinin əminik ki, dialoq üçün atəşkəs lazımdır, çünki müharibə edən tərəflərin döyüş meydanında bir-birini məhv etməyə davam etdiyi bir vaxtda sülh naminə effektiv dialoq və danışıqlar aparmaq qeyri-realdır", - Macarıstan hökumətinin nümayəndəsi vurğulayıb.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Vaşinqtona getdiyini açıqlamışdı.
E.ŞİRİNOV