Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi və ərazi əməliyyat struktur bölmələrinin əməkdaşları tərəfindən Mingəçevir şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus "Mercedes-Benz" markalı nəqliyyat vasitəsindən və istifadəsində olan fərdi yaşayış evindən külli miqdarda, ümumi sayı 120000 ədəd Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış tütün məmulatları aşkar edilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, hazırda faktla əlaqədar araşdırma aparılır.
R.XUDATQIZI