Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində daha bir Ukrayna pilotsuz təyyarəsini məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu il iyulun 8-də, Moskva vaxtı ilə saat 14:10-da Ukraynanın pilotsuz təyyarəsi ilə Rusiya Federasiyasının ərazisindəki hədəflərə qarşı növbəti terror aktı dayandırılıb. Təyyarə Belqorod vilayətinin ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - məlumatda deyilir.
E.ŞİRİNOV