Ermənistan NATO ilə əlaqələrin gücləndirilməsini yüksək qiymətləndirir.

Ararat Mirzoyan sosial şəbəkədə İrəvanın Şimali Atlantika Alyansı ilə əməkdaşlığının dəyərindən danışıb.

“Biz NATO ilə əməkdaşlığı və üzv ölkələr və tərəfdaşlarla ikitərəfli və ya NATO platformaları çərçivəsində daha sıx qarşılıqlı əlaqəni yüksək qiymətləndiririk”, - deyə o qeyd edib.

Diplomat əlavə edib ki, o, Vaşinqtonda Qadınlar, Sülh və Təhlükəsizlik proqramına həsr olunmuş sammit panelində iştirak edib.

Bundan əvvəl Mirzoyanın Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Bayramovla görüşəcəyi bildirilib. Ermənistanın diplomatik nümayəndəsi Ani Badalyanın sözlərinə görə, görüş ABŞ dövlət katibi Antoni Blinkenlə üçtərəfli danışıqlar çərçivəsində baş tutacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN