Macarıstanın baş naziri Viktor Orban Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan Ukrayna münaqişəsinin həlli üçün səyləri birləşdirməyi xahiş edib.

“Çərşənbə axşamı baş nazir Viktor Orban Vaşinqtonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Macarıstanın sülhməramlı missiyası ilə bağlı danışıqlar aparıb. Viktor Orban Türkiyənin indiyədək münaqişədə yeganə uğurlu vasitəçi olduğunu nəzərə alaraq Macarıstanın sülhməramlı missiyasına dəstək istəyib”, – Orbanın mətbuat katibi Bertalan Havasi bildirib.

Ötən həftə Orban qonşu ölkədəki vəziyyəti həll etmək yollarını tapmaq üçün bir neçə xarici səfər edib. İyulun 5-də o, Rusiya prezidenti Vladimir Putinlə Moskvada sülh danışıqlarına başlamaq üçün mümkün şərtləri müzakirə edib. Üç gün əvvəl o, Kiyevə səfər edib və orada bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb. Kiyev və Moskva səfərlərindən sonra Orban Pekinə səfər edib və orada Çin prezidenti Si Cinpinlə görüşüb. Hökumət başçısı əmin edib ki, o, sülhməramlı missiyasını davam etdirmək və xüsusən də NATO sammitində Vaşinqtonda qalmasından bu məqsədlə istifadə etmək niyyətindədir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN