Ukrayna prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Baydendən Rusiyadakı hədəflərə qarşı silah istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı tələb edib.
Tezadlar.az bildirir ki, bu barədə “Neue Zürcher Zeitung” xəbər verir. Ukrayna lideri vurğulayıb ki, ölkəsi bu addımı gözləyir.
Nəşr yazır ki, o, Baydendən Rusiya ərazisindəki hərbi hədəflərə Qərb silahları ilə hücum edə bilmək üçün bütün məhdudiyyətləri aradan qaldırmağı tələb edib.
Qəzet Ukrayna prezidentinin səbirsizliyini onunla izah edib ki, Rusiya ərazisinə “dərin zərbələr” olmasa, Kiyev heç nə edə bilməyəcək.
Bundan əvvəl Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib ki, ABŞ hakimiyyəti Krıma Amerika silahları ilə zərbələr endirməyi məqbul hesab edir. Onun sözlərinə görə, Rusiya ərazisində uzaqmənzilli silahlardan istifadə edilməməlidir və o, yarımadanı Ukraynanın bir hissəsi adlandırıb.
Ukrayna prezidenti bundan əvvəl belə bir fikir bildirmişdi ki, dünya güclərinin liderləri Rusiyanı 2024-cü ildə münaqişəni dayandırmağa məcbur edə bilərlər. Bunun üçün Ukrayna lideri hesab edir ki, ABŞ və Çin fikir ayrılıqlarını bir kənara qoymalıdırlar. Siyasətçi həmçinin qeyd edib ki, hazırda Ukrayna “uduzmur”. Onun sözlərinə görə, indi Ukrayna Silahlı Qüvvələri canlı qüvvə baxımından yazda olduğundan daha yaxşı mövqedədir. Zelenski aydınlaşdırıb ki, Ukrayna ordusu üçün “ən böyük faciə” çox vaxt aparan texnikanın çatdırılması olub.
E.ŞİRİNOV