Sabah səhər saat 06:00-dan iyulun 14-ü saat 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində və Mikayıl Müşfiq küçəsində (M.Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək, M.Müşfiq dairəsi də daxil olmaqla Parlament prospektinədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Dövlət Yol Polisi (DYP) İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, kənar dairəvi yoldan mərkəzə hərəkət edən sürücülər M.Müşviq küçəsindən İzzət Nəbiyev küçəsinə keçməklə Parlament prospektinə, şəhərin mərkəzindən Badamdar istiqamətinə hərəkət edən sürücülər Mehdi Hüseyn, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrindən keçməklə, eləcə də Abbas Mirzə Şərifzadə küçəsindən Kənar dairəvi yol və Badamdar istiqamətinə hərəkət edən sürücülər isə Yasamal qəbiristanlığı ərazisindən keçməklə çıxa bilərlər.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN