Macarıstanın baş naziri Viktor Orbanla ABŞ prezidentliyinə namizəd Donald Trampın görüşü güclü addımdır, çünki bu, hər ikisinə sərf edir.
Tezadlar.az xəbər verir ki, bu fikri amerikalı Dmitri Drobnitski “Vzqlyad” qəzetinə müsahibəsində bildirib.
Birincisi, onun sözlərinə görə, Avropada siyasi çəkisini artırıb, ikincisi isə seçki yarışında rəqibi Co Bayden üzərində üstünlük əldə edib.
“Orbanın öz planı var. Macarıstan iki qüvvəyə arxalanmaq istəyir: Avropa Parlamentində çoxluğa malik olmayan, lakin əhəmiyyətli söz sahibi olan populistlərə və həmçinin “xaricdəki himayədarına”. Ola bilər ki, 2025-ci ildə Macarıstanın baş naziri Avropa rəsmilərinə deyəcək: “Sizin Baydeniniz haradadır? Tramp isə Ağ Evdədir”, - politoloq istehza ilə bildirib.
O əlavə edib ki, Trampın indi Avropada Rusiya prezidenti Vladimir Putin, Ukrayna lideri Vladimir Zelenski və Çin prezidenti Si Tszinpinlə danışan “öz adamı” var və indi danışıqların təfərrüatlarını danışıb.
İyulun 12-də Orban Floridadakı şəxsi iqamətgahında Mar-a-Laqoda Trampla görüşüb və onunla Ukrayna münaqişəsinin həlli üzrə sülh missiyasını müzakirə edib.
İyulun 2-də Macarıstanın baş naziri Kiyevdə Zelenski ilə danışıb və bir neçə gün sonra o, Moskvaya uçub və Putinlə görüşüb – onlar Ukraynadakı münaqişənin həlli yollarını müzakirə ediblər. İyulun 8-də o, Pekinə səfər edərək, Budapeştin Aİ və Çin arasında əməkdaşlığın tərəfdarı olduğunu bildirib. Çindən sonra Orban ABŞ-da keçirilən NATO sammitində iştirak edib.
Bundan əvvəl Ağ Ev Orbanın sülhməramlı səylərini avantürist adlandırmışdı.
E.ŞİRİNOV