Rusiyanın İranın dəyərli strateji müttəfiqi olduğunu ölkənin yeni prezidenti Məsud Pezeşkian prezident seçildikdən sonra dünyaya müraciətində bildirib. O, Moskva ilə Tehran arasında əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Tehran Times” qəzeti yazır.

“Mənim administrasiyam əməkdaşlığımızı genişləndirməyə və möhkəmləndirməyə davam edəcək”, - Pezeşkian qeyd edib.

O, həmçinin əmin edib ki, İran hakimiyyəti Rusiya ilə Ukrayna arasında sülhü təmin etməyə çalışır. Pezeşkianın sözlərinə görə, o, Moskva ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa, xüsusən BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi Birliyi vasitəsilə bundan sonra da üstünlük verəcək.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisinin helikopter qəzasından sonra keçirilən növbədənkənar prezident seçkilərində Məsud Pezeşkian 16 milyon səs toplayıb. Seçkilərdə ölkə əhalisinin demək olar ki, yarısı (49,8%) iştirak edib. Ölkənin yeni liderinin andiçmə mərasimi ay yarım ərzində baş tuta bilər.

Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İranın yeni rəhbərinə uğurlar arzulayıb. O, qeyd edib ki, Moskva öz suveren hüququndan istifadə edən İran xalqının seçiminə böyük hörmətlə yanaşır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN