İyulun 13-də Pensilvaniyada ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd zamanı həlak olan keçmiş yanğınsöndürmə rəisi Kori Kompatorun dul arvadı hazırkı dövlət başçısı Co Baydenlə əlaqə saxlamaqdan imtina edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Materialda qadının sözləri "Mən Baydenlə danışmaq istəmədim" deyilir. O, bu hərəkətini ərinin sadiq respublikaçı olması ilə izah edib. "O, mənim onunla (Bayden) ünsiyyət qurmağımı istəməzdi", - qadın deyib.
Nəşrin məlumatına görə, mitinqdə atışma başlayandan sonra Kori yaxınlarına yerə yıxılmalarını söyləyib. Yanğınsöndürən ailə üzvlərini bədəni ilə güllələrdən mühafizə edib.
E.ŞİRİNOV