Dağıstanda sosial fond işçiləri qanunsuz olaraq 33 milyon rubl məbləğində müavinət verməkdə ittiham olunublar.

Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, cinayətkar qrupu Dağıstan Sosial Sığorta Fondunun əməkdaşı yaradıb. Onun üzvlərinə qurumun əməkdaşları və respublika sakinləri daxil idi. Onlar sosial şəbəkələrdə, messencerlərdə, satış saytlarında uşağın doğulması və tərbiyəsi ilə əlaqədar müavinətlərin alınması, habelə sosial müavinətlərin məbləğinin artırılması üçün ödənişli xidmət göstərilməsinə dair elanlar yerləşdiriblər.

Belə ki, onlar 336 Dağıstan sakinindən pasport və SNILS-in surətlərini əldə edə biliblər. Daha sonra Sosial Sığorta Fondunun əməkdaşları tərəfindən müavinətlərin təyin olunduğu ailənin adambaşına orta gəlirinin ölçüsünün hesablanması barədə reallığa uyğun olmayan məlumatlar sosial təminat informasiya sisteminə daxil edilib. Bunun üçün müxtəlif mükafatlar alıblar.

Dağıstan Ali Məhkəməsinin mətbuat katibi Zarema Mamaeva “RG”-yə deyib: “Ümumilikdə, respublika sakinlərinə dövlətə külli miqdarda ziyan vurmaqla ümumilikdə 33,5 milyon rubldan çox məbləğdə qanunsuz ödənişlər edilib”.

Mahaçqalanın Sovetski Rayon Məhkəməsinə Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Ödənişlərin alınmasında dələduzluq, xüsusilə külli miqdarda qulluq mövqeyindən istifadə etməklə, mütəşəkkil dəstə tərəfindən törədildikdə” maddəsi ilə cinayət işi üzrə üç vəsatət daxil olub. Məhkəmə Dağıstan Respublikası üzrə OSFR-nin uşaqlı ailələr üçün sosial təminat şöbəsinin ailələrə sosial dəstək tədbirlərinin təşkili şöbəsinin rəis müavinini və digər şübhəli şəxsi iki ay müddətinə həbs etmək qərarına gəlib. Cinayət işində iştirak edən üçüncü şəxs barəsində isə istintaqın təqdimatı əsasında məhkəmə müəyyən hərəkətlərə qadağa qoyulması ilə bağlı qətimkan tədbiri seçib.

Fırıldaqçı qrupun qalan üzvləri ilə bağlı istintaq davam edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN