ABŞ silahlı qüvvələrinin nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində çalışacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ dövlət katibinin müavini Uzra Zeya “Hetq” portalına müsahibəsində təsdiqləyib.

Dövlət katibinin müavininin sözlərinə görə, Birləşmiş Ştatlar Ermənistanla “mülki müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini” alqışlayır.

“Bu, həm də Ermənistan-Amerika münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoymasının tarixi faktını göstərir”, - deyə Uzra Zeya bildirib.

ABŞ dövlət katibinin müavini Uzra Zeya Ermənistanın KTMT-yə üzvlüyünün ABŞ-la tərəfdaşlığın dərinləşməsinə mane olub-olmaması və onun təşkilatdan çıxmasını sürətləndirəcəkmi sualına cavab verərək vurğulayıb ki, bu barədə yalnız İrəvan qərar verə bilər və Vaşinqton Ermənistan hakimiyyətinin mövqeyinə hörmətlə yanaşır.

Bundan əvvəl Ermənistan hakimiyyəti Dağlıq Qarabağla bağlı vəziyyət fonunda gələcəkdə təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtaracaqlarını bəyan etmişdi. Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünün dayandırıldığını elan edib və qeyd edib ki, növbəti məntiqi addım ondan çıxmaq olacaq.

Eyni zamanda, o izah edib ki, ordunun inkişafı konsepsiyasını dəyişmək lazımdır, çünki İrəvan artıq hərbi-texniki əməkdaşlığı inkişaf etdirə və yalnız Rusiya ilə müdafiə əlaqələrini artıra bilməz.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN