Hadisə qonşu ölkədə baş verib. Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze və müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya arasında fiziki qarşıdurma olub.

Əldə etdiyimiz məlumata görə, insident Tbilisidə Avropa İttifaqının ofisinin qarşısında baş verib.

Belə ki, siyasətçilər bir-birlərini təhqir ediblər. İ.Kobaxidze müxalifətçini təxribatda ittiham edərək onu xuliqan adlandırıb.

Qeyd edək ki, “Gürcü Arzusu”nun sədri Aİ-nin ofisində Avropa ölkələrinin Gürcüstandakı səfirləri ilə görüşüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN