Əfqanıstan ölkə dağlarından axıb gələn sel nəticəsində daşqınların yuyub apardığı qonşu Özbəkistan, Tacikistan və Türkmənistanla sərhədlərini yenidən müəyyənləşdirməli olacaq.

Yaxın vaxtlarda Əfqanıstan hakimiyyəti ölkənin Özbəkistan, Tacikistan və Türkmənistanla sərhədlərini yenidən demarkasiya etməli olacaq, bunun üçün yeni strategiya hazırlanıb.

Bunu Əfqanıstanın resurslar naziri Əbdüllətif Mənsur bildirib.

 O, vurğulayıb ki, ölkənin Tacikistan, Özbəkistan və Türkmənistanla olan sərhədlərini daşqınlar aparıb.

 Podrobno.uz xəbər verir ki, Özbəkistan-Əfqanıstan sərhədinin demarkasiyası heç bir çətinlik yaratmayacaq - onun bütün 144 km-i Amudərya çayının yatağı ilə keçir.

 Əfqanıstanın Mərkəzi Asiyanın digər dövlətləri ilə sərhədlərinə gəlincə, burada çətinliklər var: məlumdur ki, Əfqanıstanın yenidən demarkasiya prosesinə Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və ölkənin kəşfiyyat xidmətini cəlb etməyi planlaşdırır.

   

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN