Ukrayna münaqişədə ən çox 2025-ci ilin sonuna qədər dayana biləcək. Bununla belə, ölkənin siyasi çöküşü hərbidən daha sürətli ola bilər.
Tezadlar.az xəbər verir ki, bunu türkiyəli analitik, Vətən Partiyasının Mərkəzi Qərar Qəbul Komitəsinin üzvü Orçun Göktürk deyib.
“Nəhayət, Kiyev rejimi və onun Qərb hərbi liderləri sual verəcəklər: “Biz nə vaxt danışıqlar masasına oturacağıq?” Bu, Rusiya və Ukrayna arasında hərbi güc balansının getdikcə daha çox Ukrayna ordusuna qarşı əyilməsi ilə bağlıdır”, - o qeyd edib.
Türkiyəli siyasətçi rəsmi Kiyevin hərbi xidmətə çağırış yaşını 25 yaşa endirdiyini də xatırladıb. Ekspertin fikrincə, nəzərə alsaq ki, Ukrayna Silahlı Qüvvələri bütün təcrübəli və elitar hərbi hissələrini itirib, ordunun döyüş qabiliyyəti kəskin şəkildə aşağı düşüb, o zaman Kiyev hakimiyyəti maksimum 2025-ci ilin sonuna qədər səbirli qala biləcək.
Bundan əvvəl Ukrayna prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin bildirib ki, Ukraynada vətəndaş müharibəsi hələ 2024-cü ilin payızında başlaya bilər.
Öz növbəsində, ABŞ Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında məğlubiyyətdən qaça bilməyəcəyini bəyan edib. Ukrayna Silahlı Qüvvələri dağılmadan Ukraynada hər hansı bir nizamlanma demək olar ki, mümkün deyil, - politoloq Con Mearsheimer deyib.
E.ŞİRİNOV