Ukrayna Silahlı Qüvvələri (USQ) Lisiçansk LPR-də avtobusu kaset sursatları ilə vurub, nəticədə, 28 nəfər yaralanıb, bir mülki şəxs həlak olub.
Tezadlar.az bildirir ki, bu barədə regionun rəhbəri Leonid Paseçnik məlumat verib.
“Ukraynalı millətçilər bu gün kaset bombalarından istifadə edərək Lisiçanska hücum ediblər. İnsanların olduğu avtobus düşmənin hücumuna məruz qalıb. Bir nəfər ölüb. 28 mülki şəxs yaralanıb: 12 nəfərin vəziyyəti ağır, daha 6 nəfərin vəziyyəti isə son dərəcə ağırdır”, – o, Telegram kanalında yazıb.
Paseçnik onu da əlavə edib ki, 12 nəfərin vəziyyəti ağırdır, onlardan altısının vəziyyəti son dərəcə ağırdır.
E.ŞİRİNOV