Sankt-Peterburqda hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərin topdansatış bazarlarında miqrasiya qanunvericiliyini yoxlamaq üçün genişmiqyaslı reyd keçirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

Tədbirdə patrul, miqrasiya, kinoloji xidmətlər, yol polisi və əməliyyat bölmələrinin 250 əməkdaşı iştirak edib.

Ümumilikdə hüquq-mühafizə orqanlarının əməkdaşları əksəriyyəti miqrant olmaqla 2075 vətəndaşı yoxlayıb. Reyd Rusiyada qeyri-qanuni olan 100 əcnəbini müəyyən etməyə kömək edib. Onlar inzibati məsuliyyətə cəlb edilərək növbəti işlərin görülməsi üçün polis şöbələrinə aparılıblar.

Hesabatda belə yoxlamalar mütəmadi olaraq aparılacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN