Sıktıvkar Şəhər Məhkəməsi şəhər sakinini terrora açıq şəkildə bəraət qazandırdığına görə həbs edib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi ilə cinayət işi başlanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

Həmin şəxs bir il ərzində öz hesabında Rusiyada fəaliyyəti qadağan olunmuş Ukrayna millətçi birləşmələrinin hərəkətlərinə haqq qazandıran şərhlər yazıb.

Məhkəmə qətimkan tədbiri seçərkən şübhəlinin şəxsiyyət xüsusiyyətlərini nəzərə alıb. Buna görə də o, iki ay müddətinə həbs edilib. Cinayət işi Komi Respublikası FTX-nin istintaq şöbəsi tərəfindən araşdırılır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN