Moskvanın Basmannı Məhkəməsi vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Yelena Yaqodkinanın həbs müddətini daha üç ay uzadıb.

Tezadlar.az bildirir ki, bu barədə TASS-ın müxbiri məhkəmə zalından xəbər verir.

"İstintaqın Yaqodkinanın həbs qətimkan tədbirinin üç ay müddətinə uzadılması ilə bağlı vəsatətini təmin edilsin", - deyə hakim qərar elan edib.

Basmannı Məhkəməsi Yaqodkinanı martın 27-də həbs edib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsinin “c” bəndi (vəzifə səlahiyyətlərini aşma) ilə ittiham olunub.

İstintaqın məlumatına görə, Rusiya Federasiyası Federal Gömrük Xidmətinin gəlirlər və tariflərin tənzimlənməsi baş idarəsinin rəisi vəzifəsini tutan Yaqodkina 2018-2019-cu illərdə iki şirkətin maraqları naminə aksiz markaları üzrə öhdəliklərin verilməsini və icra müddətinin qanunsuz olaraq uzadılmasını təmin edib. Onlar markalardan saxta alkoqollu məhsulların satışı üçün istifadə ediblər ki, bu da 1 milyard 228 milyon rubl məbləğində vergi və rüsumların ödənilməməsi ilə nəticələnib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN