Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman vasitələri və siqaretlərin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsi, Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında İstanbul – Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl və baqaj yüklərinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı həmin şəxsə məxsus baqaj çantasından gömrük orqanlarına bəyan edilməyən 5 adda 780 ədəd dərman vasitəsi, 1200 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
R.XUDATQIZI