Rusiyaya məxsus Su-25 təyyarəsinin ekipajı Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi, zirehli və avtomobil hərbi texnikasının cəmləşdiyi əraziyə hava zərbəsi endirib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Zərbə kəşfiyyat hədəflərinə təyyarə raketləri ilə həyata keçirilib, ekipajlar raket əleyhinə manevr edib, istilik tələlərini buraxıblar və kəşfiyyat məlumatlarına görə, bütün qeyd olunan hədəflər olub məhv edilib”, məlumatda deyilir.
E.ŞİRİNOV