Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü, hər il 16 sentyabrda qeyd edilir. Bu günün məqsədi ozon qatının qorunması və bu mövzuda ictimaiyyəti maarifləndirməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, bu gün 1987-ci ildə qəbul edilən Monreal Protokolunun imzalandığı tarixə əsasən təsis edilib və 1995-ci ildən qeyd olunur, ozon qatını dağıdan maddələrin istifadə edilməsinin azaldılması və bu qatın qorunması ilə bağlı beynəlxalq əməkdaşlığın təşviqinə yönəldilib.

Ozon təbəqəsi Yeri Günəş radiasiyasının zərərli təsirlərindən mühafizə edir və bununla da planetdə həyatın qorunmasına kömək edir.

Monreal Protokolu uğur hekayəsi kimi qiymətləndirilir. Ozondağıdıcı maddələrin nəzarət altında istifadəsinin mərhələli şəkildə dayandırılması və bununla bağlı azalmalar iqlim dəyişikliyi ilə bağlı qlobal səylərə əhəmiyyətli töhfə verir.

Hər il bu təqvim günü ozon təbəqəsinin mühafizəsi ilə bağlı konkret mövzuya həsr olunur. Bu ilin mövzusu “Monreal protokolu: İqlim fəaliyyətinin inkişafı”dır.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN