Şimali Qazaxıstan vilayətində ev tapşırığını yerinə yetirməmək və iş dəftərini düzgün aparmamaq üstündə yaranan mübahisə nəticəsində qızın anası 11 yaşlı övladını ombasından bıçaqlayıb.
TEZADLAR.AZ Qazaxıstan KİV-nə istinadən xəbər veriri ki, bunu sosial şəbəkə hesabında ölkənin uşaq ombudsmanı Dinara Zəkiyeva uşağa qarşı açıq-aşkar qəddarlıq törədilməsi faktına münasibət bildirərkən açıqlayıb.
Hazırda zərərçəkmişə tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir və həkim nəzarətindədir.
“İstintaq çərçivəsində törədilmiş cinayətin halları aydınlaşdırılır, istintaq-əməliyyat tədbirləri davam etdirilir. Komissiya yaradılıb, hansı ki, hadisə yerinə gedib və ailəyə baş çəkib. Zərərçəkmiş qızın valideynləri altı uşaq böyüdür və nənə - baba ilə yaşayır. Bu iş mənim şəxsi nəzarətimdədir”, - deyə ombudsman qeyd edib.
JASMİN