Ukrayna Azov, Qara dəniz və Kerç boğazında hüquqlar üzrə məhkəmə çəkişmələrinin rus iştirakçılarına kənardan təzyiq üsullarından istifadə edir.
Tezadlar.az xəbər verir ki, bunu jurnalistlərə Haaqadakı dinləmələrdə iştirak edən Rusiya Xarici İşlər Nazirliyinin hüquq departamentinin rəhbəri Konstantin Kosorukov deyib.
“Bu üsullardan biri agentlərin, dövlət nümayəndələrinin, hüquq məsləhətçilərinin, vəkillərin, şahidlərin və ekspertlərin müxtəlif qara siyahılara, o cümlədən həm Ukrayna ərazisində, həm də onun hüdudlarından kənarda, o cümlədən Rusiyada insanların öldürüldüyü Myrotvorets saytının məşhur siyahısına salınmasıdır, - o qeyd edib. - Bizdə bu prosesdə şahidlərdən biri belə təzyiqlərə məruz qalıb. Nəticədə, əsaslı təhlükəsizlik narahatlıqlarına görə o, Haaqada fiziki olaraq iştirak edə bilmədi və uzaqdan ifadə verəcək”.
E.ŞİRİNOV