Paris məhkəməsi Fransanın keçmiş prezidenti Nikolya Sarkozini

2012 -ci il seçki kampaniyasını maliyyələşdirmə xərclərini aşmaqda ittiham edərək, bir il həbs cəzasına məhkum edib. Hakim bildirib ki, sabiq prezident cəzasını evdə elektron nəzarət altında çəkəcək.

Məhkəmə Sarkozinin kampaniya xərcləri üçün qanuni həddən xəbərdar olduğunu və xəbərdar edildiyini də təsbit edib. Hakim buna baxmayaraq, Sarkozinin kampaniya mitinqlərini davam etdirdiyini də vurğulayıb.

Prokurorluq Sarkoziyə 6 ay həbs cəzası istəyib. Həmçinin daha altı ay şərti həbs cəzası və 3750 avro cərimə tələb edib.

Xatırladaq ki, Nikolya Sarkozi 28 yanvar 1955-ci ildə Parisdə dünyaya gəlib. Sarkozi Fransa Respublikasının 23-cü prezidenti olub (2007-2012-ci illərdə). O, bu vəzifəyə 6 may 2007-ci ildə seçilib və həmin ilin 16 may tarixindən vəzifəsinin icrasına başlayıb. 

2004-cü ildən bu vəzifəyə seçilənədək hakim Xalq Hərəkatı Uğrunda İttifaq (UMP) partiyasının lideri olub. 1993—1995, 2002—2004 və 2005- 2007-ci illərdə Fransa hökumətində nazir olub. Həm də O-de- Sen departamenti Baş Şurasının sədri olub.

Fransada dostları və rəqibləri arasında "Sarko" ləqəbi ilə tanınır.

Milliyyətçi və populist bir fikrə sahib olması, "Sarkozi populist münasibəti ilə Avropa İttifaqını tamamilə məhv edə bilər" deyə onun tənqidlərə hədəf olmağına səbəb oldu. 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN