Türkiyənin şimalında yerləşən Bartın şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Avtobusun idarəetməni itirərək aşması nəticəsində şəhərin bələdiyyə sədrinin köməkçisi də Ahmet Komeç daxil olmaqla 2 nəfər ölüb.
Daha 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Xəstəxanada müalicə alan yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, bələdiyyə sədri Cemal Akın da qəza vaxtı avtobusda olub. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.