Oktyabrın 1-də İctimai Nəzarət Koalisiyasının yaranmasının 6 ili tamam oldu.
Vətəndaş cəmiyyəti Platforması olaraq İNK daima xalıqımızın bütün problemlərinin həllində yardımçı olmuş ictmai sosial tədbirlərin keçirilməsində fəyallıq göstərmişdir.
Respublikamısın bütün rayonlarında və bir neçə xarici ölkədə İNK-nın nümayəndəlikləri fəaliyyət göstərir.
Prezident İlham Əliyevin cağırışı ilə yaradılan İctimai Nəzarət Koalisiyası ölkəmizdə ictimai nəzarət fəlsəfəsini reallaşdıran ilk təşkilatdır.
Vətəndaşlarımızın cəmiyyətin bütün problemlərinin həllində yaxından iştitakını təmin edən İNK ölkənin mədəni, sosial-ictimai həyatının ayrılmaz hissəsi olmuşdur.
Tanınmış ictimai xadim Dünya Azərbaycanlılarının Mədəniyyət mərkəzinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədovun yaratdığı İctimai Nəzarət Koalisiyası 114 QHT, KİV, internet portalı və saytı birləşdirir.
Yaranmasının 6 illik il dönümü münasibəti ilə İNK rəhbərliyi, İNK-nın idarə və rayon təşkilatlarının rəhbərləri və üzvləri I və II Fəxri xiabanı, Şəhidlər Xiyabanını ziyarət etmişlər. İctimai ziyarətdə İNK-nın Fəxri üzvləri arasında olan onlarla şəhid anaları və ailə üzvləri də iştirak etmişlər. (ictimaixeber.az)