Rusiyalıların 78,2%-i Rusiya prezidenti Vladimir Putinə güvənir. Onun dövlət başçısı kimi fəaliyyətini həmvətənlərinin 75,2 faizi dəstəkləyir.

Tezadlar.az xəbər verir ki, müvafiq sorğunun nəticələri ilə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖM) saytında tanış olmaq olar.

Baş nazir Mixail Mişustinə etimad səviyyəsi 60,1% təşkil edir.

Daha sonra, etimad səviyyəsinə görə Rusiya siyasətçiləri aşağıdakı azalma ardıcıllığında yerləşirlər: Gennadi Zyuqanov - 32,0%, Sergey Mironov - 26,4%, Leonid Slutski - 19,4%, Aleksey Neçayev - 9,2%.

Lakin partiyaların reytinqində LDPR Rusiya Federasiyası Kommunist Partiyasını qabaqlayır (9,8%-ə qarşı 10,3%). 7% "Yeni İnsanlar"a, yalnız 3,7% "Ədalətli Rusiya - Vətənpərvərlər - Həqiqət Uğrunda"ya inanır. “Vahid Rusiya” burada 36% göstərici ilə inamlı lider olaraq qalır.

İki həftə əvvəl Putinin etimadı 77% idi.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN