31 oktyabr 2024-cü il tarixdə DİN-in Polis Akademiyasında keçirilmiş növbəti “Açıq qapı” tədbirinin qonağı Bakı şəhəri Suraxanı rayonu Albert Aqarunov adına 154 nömrəli tam orta məktəbin şagirdləri olmuşdur.

Tezadlar.az xəbər verir ki, şagirdlərə Polis Akademiyasının tarixi, kursantların maddi, sosial təminatları və akademiyada təhsilin üstünlükləri barədə geniş məlumatlar verilmiş, həmçinin, rəsmi saytda yerləşdirilmiş “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssisəsi ilə tanış olmaq imkanı da onların nəzərlərinə çatdırılmışdır.

Məktəblilər Akademiyada yaradılmış təhsil mühiti, o cümlədən tədris korpusları, idman meydançaları və zalları, elektron kitabxana və kriminalistik şəhərciklə tanış olmuşlar. Şagirdlərə Polis Akademiyası barədə ətraflı məlumatlar yerləşdirilmiş lifletlər paylanılmış, xatirə şəkli çəkilmişdir.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN