Hərbi Dəniz Qüvvələrinin “N” hərbi hissəsində “Sualtı hücum xüsusi təyinatlı kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

Tezadlar.az xəbər verir ki, əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülərək hörmət və ehtiram nümayiş etdirilib.

Buraxılış mərasimində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və Qazaxıstan respublikalarının Dövlət himnləri səsləndirilib.

Tədbirdə iştirak edən birinci dərəcəli kapitan Teymur Mürşüdov kursu müvəffəqiyyətlə bitirənləri təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel çıxış edərək peşəkar təlimatçıların da cəlb olunması ilə keçirilən kursun yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.

Kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulduqdan sonra kursantlara sertifikatlar təqdim olunub.

Kursda fərqlənən bir qrup hərbi qulluqçu və təlimatçı fəxri fərman, döş nişanları və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN