Hava Hücumundan Müdafiə Qüvvələri (HHMQ) bir gecədə Rusiya regionları üzərində Ukraynaya məxsus 39 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Kiyev rejimi ötən gecə Rusiya Federasiyası ərazisindəki hədəflərə pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktı törətmək istəyərkən Ukraynaya məxsus 39 təyyarə tipli PUA məhv edilib və növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib”, - məlumatda bildirilir.

Nazirliyin məlumatına görə, 24 PUA Rostov vilayəti, beşi Bryansk vilayəti, üçü Belqorod vilayəti, üçü Kursk vilayəti,  ikisi Krım ərazisi, hər biri - Oryol və Voronej vilayətlərinin əraziləri üzərində məhv edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN