“Crocus City Hall”da terror aktının qurbanı Moskvanın Xoroşevski Məhkəməsində orada keçirilən konserti təşkil edən şirkətə qarşı iddia qaldırıb.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a məhkəmədən məlumat verilib.

“Xoroşevski Rayon Məhkəməsi “Krokus Siti Holl”da terror aktı zamanı zərərçəkmiş şəxsin “Piknik” qrupunun orada baş tutan konsertini təşkil edən şirkətə qarşı iddiasını qəbul edib”, - deyə məhkəmədən bildirilib.

İşin məhkəmə baxışına hazırlanması 2024-cü il dekabrın 10-na təyin edilib.

İddiaçı hesab edir ki, konsert təşkilatçısı tədbirin təhlükəsizliyini lazımi səviyyədə təmin etmədiyi üçün onun istehlakçı hüquqları pozulub və buna görə də məhkəmədən mənəvi ziyana görə təzminat kimi cavabdehdən bir milyon rubl tələb edir.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Onun qurbanlarının sayı 144-ə çatıb, 551 nəfər yaralanıb. Faktla bağlı terror maddəsi ilə cinayət işi başlanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN