Rusiya Ali Məhkəməsi 14 yaşınadək uşağı olan analara cəzadan möhlət verilməsi imkanlarının genişləndirilməsini təklif edib.

Tezadlar.az xəbər verir ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 82-ci maddəsinə dəyişiklik edilməsi üçün müvafiq qanunvericilik təşəbbüsü Rusiya Ali Məhkəməsinin Plenumu tərəfindən təsdiq edilib.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin hazırkı 82-ci maddəsinə əsasən, məhkəmə hamilə qadınlara, 14 yaşına çatmamış uşağı olan qadınlara, habelə 14 yaşına çatmamış uşağın yeganə valideyni olan kişilərə faktiki cəzadan möhlət vermək hüququna malikdir. Uşaq 14 yaşına çatdıqda məhkəmə məhkumu cəzadan azad edir və ya daha yüngül cəza ilə əvəz edir. Lakin möhlət müddətində məhkum yeni cinayət törədirsə, məhkəmə hökmlərin məcmusuna əsasən cəza təyin edir.

Qanun layihəsində Ali Məhkəmə ehtiyatsızlıqdan və ya qəsdən az və ya orta ağırlıqda törədilmiş cinayətdən söhbət gedirsə, yeni cəza təyin edilərkən möhlətin saxlanılması imkanının nəzərdə tutulmasını təklif edir. Cəzanın çəkilməsinin təxirə salınmasının saxlanılması və ya ləğv edilməsi məsələsi birinci və ikinci cinayətlərin xarakteri, məhkumun şəxsiyyəti və uşaq tərbiyəsi vəzifələrini yerinə yetirərkən davranışı haqqında məlumatlar nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir.

“Cinayət qanunvericiliyinin humanistləşdirilməsi, məhkumların islah edilməsi və onların qanuna tabelik davranışının stimullaşdırılması, on dörd yaşına çatmamış uşaqları olan məhkumların qohumluq əlaqələrinin qorunması üçün əlavə şəraitin yaradılması məqsədilə mövcud müddət ərzində törədilmiş cinayətin ağırlığından asılı olaraq, məhkəmənin cəzanın çəkilməsinin möhlətinin son cəza müddətinə saxlanılması hüququnun təmin edilməsi təklif edilir”, - deyə qanun layihəsinə izahatda qeyd olunub. Ali Məhkəmə xatırladıb ki, sınaq müddətində yeni cinayət törədənlər üçün də oxşar qayda mövcuddur.

Azyaşlı uşağı olan qadınlar və azyaşlı uşağın yeganə valideyni olan kişilər üçün möhlətlərin tətbiqi Ali Məhkəmədə xatırladılıb ki, yetkinlik yaşına çatmayanların ailə mühitində tərbiyə olunmaq hüquqlarına və qanuni mənafelərinə riayət olunmasını təmin etməyə imkan verir.

Məhkəmə statistikasına görə, son beş ildə valideynlər üçün möhlətdən istifadə halında cüzi artım var. 2019-cu ildə 1702, 2020-ci ildə 1647, 2021-ci ildə 1739, 2022-ci ildə 1871, 2023-cü ildə 2046, 2024-cü ilin birinci yarısında 1029 nəfərə şamil edilib.

Məhkəmələrin möhlət haqqında qərar qəbul etməsi təcrübəsini öyrənən Ali Məhkəmə belə qənaətə gəlib ki, bu qaydanın potensialı tam reallaşdırılmayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN