Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deputatlara növbəti prezident seçkilərinin dekabrın 14-də, yeni dövlət başçısının andiçmə mərasiminin isə dekabrın 29-da keçirilməsini təklif edib.

"Mən Gürcüstanda növbəti prezident seçkilərinin 2024-cü il dekabrın 14-də keçirilməsini təklif edirəm. Buna uyğun olaraq, bizim qanunvericiliyimizə əsasən, andiçmə mərasimi 2024-cü il dekabrın 29-da baş tutacaq", - Papuaşvili parlament bürosunun iclasında deyib.

Papuaşvili izah edib ki, prezident seçkilərinin vaxtının müəyyən edilməsi ilə bağlı müvafiq qətnamə plenar iclasda səsə qoyulmalıdır.

Gürcüstan prezidenti ilk dəfə olaraq ümumi və ümumxalq səsverməsi ilə seçilməyəcək. Dövlət başçısı 300 seçicidən ibarət komissiya tərəfindən seçiləcək. Kollegiyaya Gürcüstan parlamentinin bütün 150 deputatı, Acarıstan və Abxaziya Ali Şuralarının nümayəndələri, habelə yerli hakimiyyət orqanlarının deputatları daxil olacaq. Ən azı 30 nəfərdən ibarət seçicilər qrupu öz prezidentliyə namizəd irəli sürmək hüququna malikdir. Seçkiləri Gürcüstan Mərkəzi Seçki Komissiyası parlamentin binasında keçirəcək.

Noyabrın 25-də oktyabrın 26-da keçirilən seçkilərdə seçilən Gürcüstan parlamenti işə başlayıb. Müxalifət partiyalarının nümayəndələri parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edərək qanunverici orqanın işini boykot etmək barədə qərar elan etdikləri üçün iclas zalında hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından cəmi 88 deputat iştirak edib.

Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili 2018-ci ildə vətəndaşların birbaşa səsverməsi ilə istisna olaraq altı il müddətinə seçilib. Bundan sonra prezident 5 illik müddətə seçiləcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN